Bu gün Astanada Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) zirvə toplantısı işinə başlayıb.
Zirvə toplantısında qəbul edilən qərara əsasən, Belarus rəsmən Şanxay Əməkdaşlıq Təşkilatına üzv seçilib.
Xatırladaq ki, hazırda ŞƏT-ə Qazaxıstan sədrlik edir. Hazırda Qazaxıstanın paytaxtı Astanada davam edən Zirvə görüşünə 16 ölkənin dövlət və hökumət başçıları qatılıblar.