EN

Rusiya Hindistanda tank mərmiləri üçün barıt istehsalına başlayacaq

Rusiya Hindistanda "Mango" tank mərmiləri üçün barıt istehsalına başlamağı planlaşdırır. 

"Operativ Media" xəbər verir ki, bu barədə “Rostec” dövlət şirkətinin baş direktoru Sergey Çemezov məlumat yayıb.

"Rostec"in dost ölkələrlə sənaye tərəfdaşlığı sahəsində əhəmiyyətli təcrübəsi var. Bir çox layihələr texnologiya transferi və səriştə mübadiləsini əhatə edir. Onların bir çoxu Hindistanla əməkdaşlıq çərçivəsində həyata keçirilib.

Bura T-90 tanklarının lisenziyalı istehsalı, zirehli deşici sabot güllələri olan "Mango" mərmiləri və digər silah sistemləri daxildir. "Mango" gülləsi istehsalının ən yüksək səviyyədə lokallaşdırılmasını təmin etmək üçün gələcəkdə Hindistanda barıt istehsalına başlamaq planlaşdırılır”, - deyə dövlət şirkətinin idarəedici direktoru bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources