EN

ŞƏT-in Baş katibi: Üzvlərimizin sayını artırmağı planlaşdırmırıq

Üzvlüyün genişləndirilməsi Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) qarşısına qoyduğu məqsəd deyil.

“Report” xəbər verir ki, bu barədə “Kazinform”a açıqlamasında ŞƏT-in Baş katibi Çjan Min bildirib.

“Hazırda ŞƏT-in 11-ci üzvünün hansı ölkənin olacağı məsələsi ŞƏT-in gündəliyində əsas mövzu deyil. Biz bir sıra ölkələrdən dialoq üzrə tərəfdaş statusu üçün müraciətlər, eləcə də bəzi dialoq tərəfdaşlarından müşahidəçi statusunun yüksəldilməsi üçün müraciətlər almışıq. Bütün bu məsələlər təşkilatın fəaliyyətinin yaxşılaşdırılması kontekstində müzakirə olunur”, - o vurğulayıb.

Baş katib xatırladıb ki, Belarusun ŞƏT-ə tamhüquqlu üzv kimi qoşulması prosesinə 2022-ci ildə Səmərqənd sammitində start verilib.

Qeyd edək ki, bu gün Astanada keçirilən ŞƏT sammitində Belarus tamhüquqlu üzv olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
27
2
report.az

3Sources