EN

Dəmiryol işçilərinin geyimi bu cür olacaq - Yeni qərar

Bakı. Trend:

“Dəmiryol nəqliyyatında hərəkətin təşkilində birbaşa iştirakedən şəxslərin vəzifələrinin siyahısı” təsdiq edilib.

Trend-in məlumatına görə, bu barədə Baş nazir Əli Əsədov qərarimzalayıb.

Qərara əsasən, həmçinin “Dəmiryol nəqliyyatında hərəkətintəşkilində birbaşa iştirak edən şəxslərin geyim formasının,fərqlənmə nişanlarının təsviri və daşınması Qaydası” təsdiqedilib.

Dəmiryol nəqliyyatında hərəkətin təşkilində birbaşa iştirak edənşəxslərin vəzifələrinin siyahısı aşağıdakı kimidir.

1. Dəmiryol nəqliyyatının hərəkətini təşkil edən şəxslər:

1.1. təpə növbətçisi;

1.2. stansiya növbətçisi;

1.3. mərkəzləşdirmə postunun növbətçisi;

1.4. mikroprosessor mərkəz növbətçisi;

1.5. manevr dispetçeri;

1.6. stansiya dispetçeri.

2. Dəmiryol nəqliyyatının hərəkətini əlaqələndirən şəxslər:

2.1. stansiya növbətçi operatoru;

2.2. işarəverici (işarəverən).

3. Dəmiryol nəqliyyatı vasitələrinin idarə edilməsini təmin edənşəxslər:

3.1. elektrik qatar maşinisti;

3.2. elektrik qatar maşinistinin köməkçisi;

3.3. elektrovoz maşinisti;

3.4. elektrovoz maşinistinin köməkçisi;

3.5. teplovoz maşinisti;

3.6. teplovoz maşinistinin köməkçisi;

3.7. dizel qatar maşinisti;

3.8. dizel qatar maşinistinin köməkçisi;

3.9. drezin maşinisti;

3.10. drezin maşinistinin köməkçisi;

3.11. dəmiryol tikinti maşınının maşinisti;

3.12. dəmiryol tikinti maşınının maşinistinin köməkçisi;

3.13. maşinist-təlimatçı.

Ətraflı

Chosen
78
10
az.trend.az

10Sources