EN

Bakıda baldız yeznəsini bıçaqladı

Bakının Xəzər rayonunda ailə məişət zəmnində dava zamanı qadın kişini bıçaqlayıb.

"Cebhe.info" APA-ya istinadən xəbər verir ki, hadisə Qala qəsəbəsində baş verib.

1975-ci il təvəllüdlü Səlimov Arif Aqif oğlu yaşadığı evdə baldızı ilə mübahisə edib. Mübahisə zamanı qadın A.Səlimova bıçaq zərbəsi vurub.

Yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

"Cebhe.info"

Chosen
77
38
cebheinfo.az

10Sources