EN

Bakıda baldız yeznəsini bıçaqladı - Yenilənib

Bakının Xəzər rayonunda ailə məişət zəmnində dava zamanı qadın kişini bıçaqlayıb.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə Qala qəsəbəsində baş verib.

1975-ci il təvəllüdlü Səlimov Arif Aqif oğlu yaşadığı evdə baldızı ilə mübahisə edib. Mübahisə zamanı qadın A.Səlimova bıçaq zərbəsi vurub.

Yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

***

Polis əməkdaşları tərəfindın aparılan ilkin araşdırma zamanı Xəzər rayonunda bıçaqlanan 1975-ci il təvəllüdlü Səlimov Arif Aqif oğlunun xəsarəti özünün-özünə yetirdiyi məlum olub.
Əldə etdiyimiz məlumata görə,  A.Səlimov həyat yoldaşından ayrılaraq yaşadıqları Ağdam rayonundan övladları ilə birgə bacısıgilə Xəzər rayonu Qala qəsəbəsinə gəlib. A.Səlimov daha sonra baldızıgilə gələrək övladlarını özü ilə aparmağa çalışıb.

Həyat yoldaşı buna etiraz etdiyi üçün A.Səlimov özünə bıçaq xəsarəti yetirib.

Araşdırmalar Xəzər RPİ-nin 1-ci PŞ-də aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
3
3
qafqazinfo.az

10Sources