EN

İstanbulda yaşayış dəyəri 63500 lirədir

Yazını böyüt
Yazını kiçilt

İstanbul Böyükşəhər Bələdiyyəsinin tərkibində fəaliyyət göstərən İstanbul Planlaşdırma Agentliyi mütəmadi olaraq hər ay İstanbulda yaşayış xərclərini araşdırır. Bu çərçivədə 2024-cü ilin iyun ayı üçün İstanbulda yaşayış dəyəri rəqəmləri açıqlanıb.

Hafta.az-ın yazdığına görə, buna görə, dörd nəfərlik bir ailənin İstanbulda yaşaya bilməsi üçün ayda ən azı 63524 lirə (3316 manat) qazanması lazımdır.

Minimum əməkhaqqı ilə işləyənləri nəzərə alsaq, 4 nəfərlik ailənin bütün üzvləri aylıq yaşayış minimumunu ödəmək üçün işləməlidir.

İstanbul Planlaşdırma Agentliyinin araşdırmasına görə, şəhərdə yaşayış minimumu may ayı ilə müqayisədə 3,25 faiz, 2023-cü ilin iyun ayına görə isə 79,5 faiz artıb.

Beləliklə, İstanbulda yaşayış dəyəri may ayına nisbətən iyunda 2 min lirə artıb.

İllik bazda ailənin əsas istehlak məhsulları arasında ən çox qiymət artımı müşahidə edilən məhsul noxud olub. Noxudun qiyməti ötən illə müqayisədə 89 faiz artıb.

Chosen
83
1
hafta.az

2Sources