EN

“Networking Azerbaijan” üzvlərini Kitchen Plus restoranı ilə tanış edib

®Azərbaycan iş adamlarının ünsiyyət və müzakirə platforması olan “Networking Azerbaijan” Biznes Klubu “Networking Plus” adlı növbəti tədbirini öz üzvlərindən biri ilə tanışlığa həsr edib. Sahibkarların görüşü Kitchen Plus restoranında keçirilib. Məqsəd sahibkarları restoranın fəaliyyət və imkanları ilə tanış etmək, həm müxtəlif formalı biznes görüşləri, həm də fərdi və ailəvi istirahət üçün təklifləri barədə məlumatlandırmaq olub.

“Networking Azerbaijan” klubunun üzvləri ötən görüşdən keçən vaxt ərzində fəaliyyətlərində baş vermiş yeniliklər, bizneslərindəki uğurlar barədə çıxış ediblər. Kluba yeni qoşulan üzvlər özləri və fəaliyyətləri haqda iştirakçılara məlumat veriblər. “Sevindirici haldır ki, «Networking Azerbaijan» iş adamları üçün sadəcə tanışlıq və ünsiyyət xarakteri daşımaqdan çıxıb, möhkəm iş birliklərinin əsasına çevrilib. Ölkə iqtisadiyyatının müxtəlif sahələrinə töhfə verən sahibkarlar burada bir-biri ilə yaxından tanış ola, yeniliklərindən tez xəbər tuta və möhkəm biznes münasibətləri qura bilirlər” bunu «Networking Azerbaijan» Biznes Klubunun həmtəsisçisi Orxan Hacıyev
deyib. “Klubun üzvü kimi, bu qədər iş adamını eyni vaxtda bizim restoranın fəaliyyəti və “Concept” keytrinq xidməti ilə tanış etmək imkanı qazandıq. Qonaqlarımızın xidmətimizdən və yeməklərimizdən razı qalması isə məmnuniyyətimizi daha da artırdı” Kitchen Plus restoranının həmtəsisçisi Kamran Məşədiyev bildirib.

Qeyd edək ki, “Networking Azerbaijan” Biznes Klubu 2017 – ci  ildən fəaliyyət göstərir. Bu günə kimi 4000 – ə qədər sahibkar və idarəçilər üçün ünsiyyət və müzakirəni təmin  edən, yüksək səviyyədə təşkil olunmuş tədbirləri ilə tanınıb.

DSC04691

DSC04697

DSC04700

DSC04744

DSC04749

DSC04429

DSC04402

DSC04786

DSC04752

DSC04454

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
57
4
banker.az

5Sources