"Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Rusiya liderinin Türkiyəyə səfərinin vaxtını hələ ki, diplomatik kanallarla razılaşdırmayıblar".
"Operativ Media" xəbər verir ki, bu barədə TASS-a Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib.
Qeyd edək ki, iyulun 3-də Putin və Ərdoğan ŞƏT sammiti çərçivəsində Astanada ikitərəfli danışıqlar aparıblar.
Görüşdə Putin Ərdoğana söz verib ki, o, Türkiyəyə mütləq səfər edəcək: onun səfəri çoxdan planlaşdırılıb, lakin qrafikləri razılaşdırmaq mümkün olmayıb. Türkiyə lideri qeyd edib ki, o, həmkarının ən qısa zamanda səfərini gözləyir.
Putin Türkiyəyə sonuncu dəfə 2020-ci ilin yanvarında səfər edib.