Yay fəsli olsa da, bazarda qiymətlər od tutub yanır.
Belə ki, gilasın kiloqramı 4-10 manat, ərik isə 3 manata təklif olunur.
Satıcılar bildiriblər ki, məhsulun dəyəri alış qiymətinə və keyfiyyətinə görə tənzimlənir.
Hazırda isə paytaxt bazarlarında lobyanın qiymətində kəskin artım müşahidə olunur. Bölgələrdə 18-20 qəpiyə satılan məhsulun kiloqramı Bakıda üç manata yaxındır.
Qeyd edək ki, yanağın bahalaşmasından sonra bir çox sahələrdə kəskin qiymət artımı müşahidə olunur.
Bundan öncə Xəzər TV-nin bazardan hazırladığı reportajda satıcılar bahalaşmanı yanacağın qiymətinin artması ilə əlaqələndiriblər. Onlar məhsulların daşıma xərclərinin artığını, bunun da məhsulların satışına təsir etdiyini söyləyiblər.
TEMPÄ°NFO