Bakı. Trend:
Gəncə şəhərində birmərtəbəli ev yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Gəncə şəhərində ümümisahəsi 60 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyalarıyanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.