EN

NATO Ukraynaya Alyansa üzv olmaq üçün “konkret yollar” təklif edəcək, - ABŞ Dövlət Departamenti

Gələn həftə Vaşinqtonda keçiriləcək NATO sammitində Ukraynaya Alyansa üzvlüyünü sürətləndirmək üçün “konkret yollar” təklif olunacaq. Bizimol.info xəbər verir ki, bunu "Amerikanın Səsi"nə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Duqlas Cons deyib. Onun sözlərinə görə, yekun bəyannamədə NATO-ya üzv ölkələr Ukraynanın Alyansa üzv olacağını təsdiq edəcəklər. Bununla belə, konkret ifadə hələ də razılaşdırılır. Alyans həmçinin Ukraynaya indi Rusiyanın təcavüzündən qorunmaqda necə kömək etmək, gələcəkdə Rusiyanı necə çəkindirmək və NATO-ya üzv olmağa necə hazırlaşmağı müzakirə edəcək. Vaşinqtonda keçiriləcək sammitə NATO üzvü olmayan 35 tərəfdaş ölkənin xarici işlər nazirləri dəvət olunacaq. Cons bildirib ki, bu müttəfiqlərin Çindən gələn təhdid və çağırışlara qarşı dayanıqlılığını artırmaq əsas gündəm məsələsidir. NATO liderləri hərbi alyansın 75-ci ildönümünü qismən qeyd etmək üçün iyulun 9-dan 11-dək Vaşinqtonda Şimali Atlantika Müqaviləsi Təşkilatının sammitinə toplaşırlar. Prezident Vladimir Zelenski və NATO-nun baş katibi Yens Stoltenberq Alyans liderlərinin sammitindən gözləntiləri barədə danışıblar. Zelenski Alyans üzvlərinin Ukraynanı kritik ehtiyac duyulan müdafiə vasitələri, ilk növbədə hava və raketdən müdafiə sistemləri ilə təmin etməyə hazır olduğunu qeyd edib. Bununla belə, "Reuters" xəbər verir ki, Ukrayna NATO sammitində daha çox hava hücumundan müdafiə sistemi əldə etmək axtarışı ilə bağlı "yaxşı xəbər" alacaq. Qadir, Bizimyol.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources