EN

İsrail və HƏMAS atəşkəs razılaşmasına yaxındır - CNN

İsrail və Fələstinin radikal HƏMAS hərəkatı Qəzza zolağında atəşkəs əldə etməyə daha yaxındır. Bizimyol.info xəbər verir ki, bu barədə CNN İsrail mənbəsinə istinadən məlumat yayıb. Onun sözlərinə görə, İsrail və HƏMAS “çərçivə sazişi bağlamaq ərəfəsindədir”. Mənbənin qeyd edib ki, yəhudi dövləti hesab edir ki, HƏMAS-ın son cavabı tərəflərə razılığa gəlmək üçün “ətraflı danışıqlara” başlamağa imkan verəcək. Bununla belə, CNN sövdələşmənin taleyinin hələ həll olunmadığını vurğulayıb. Bundan əvvəl İsrailin baş naziri Binyamin Netanyahunun ofisi və Mossad kəşfiyyat xidməti birgə bəyanat yayaraq, İsrail tərəfinin vasitəçilər vasitəsilə Həmas nümayəndələrindən girov müqaviləsi ilə bağlı cavab aldığını bildirib. Mayın 31-də ABŞ prezidenti Co Bayden Qəzzada üç mərhələdən ibarət olan sülh nizamlanmasına dair yeni saziş layihəsinin şərtlərini açıqlayıb. İyunun 11-də HƏMAS və radikal İslami Cihad qruplaşması təşəbbüsə cavabın Qətər və Misirdən olan vasitəçilərə ötürüldüyünü elan edib və “anklavda müharibəni dayandırmaq üçün razılığa gəlmək barədə müsbət hərəkətlərə” hazır olduqlarını bildiriblər. ABŞ, Misir və Qətər də öz növbəsində atəşkəs təklifi ilə bağlı şərhlərin alındığını təsdiqləyib və Qəzzada münaqişə tərəfləri arasında razılıq əldə olunana qədər vasitəçilik səylərini davam etdirəcəklərini vəd ediblər. İsrail hakimiyyəti əvvəllər dəfələrlə Baydenin təklifini dəstəklədiklərini və razılaşmanın qarşısındakı bütün maneələrin yalnız Həmas nümayəndələri tərəfindən yaradıldığını bildirib. Qadir, Bizimyol.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
13
44
bizimyol.info

10Sources