EN

Dinozavrlardan 40 milyon il əvvəl yaşayan heyvan kəşf edildi

Alimlər dinozavrlardan 40 milyon il əvvəl yaşamış heyvan kəşf edib.

Teleqraf.com xəbər verir ki, bu barədə "Nature" jurnalında araşdırma dərc edilib.

Araşdırmaya görə elm adamları təxminən 10 il əvvəl kəşf edilən və 4 fərqli nümunədən götürülmüş kəllə və onurğa sümükləri də daxil olmaqla bəzi fosilləri analiz ediblər.

Tədqiqatçılar Namibiyada tapılan və "Gaiasia jennyae" adlandırılan 280 milyon illik bu canlının başının təxminən 60 santimetr olduğunu müəyyən ediblər.

Elm adamları bu heyvanın bataqlıqların və göllərin dibində yaşadığını təxmin edərək, bu canlının ilk dinozavr növündən təxminən 40 milyon il yaşlı olduğunu müəyyən edib.


Müəllif: Arzu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources