“Qalatasaray" futbolçusu Dris Mertenslə müqaviləsini uzadıb.
Bizim.Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, belçikalı futbolçu ilə 1 illik sözləşmə imzalanıb.
37 yaşlı hücumçu bu sözləşmədən 2 milyon 900 min avro qazanacaq.
Qeyd edək ki, D. Mertens “Qalatasaray”a 2022-ci ilin yay transfer pəncərəsində qatılıb. O, bu müddət ərzində İstanbul klubu ilə 2 dəfə Superliqanın, 1 dəfə ölkə superkubokunun qalibi olub.
Bizim.Media