EN

İsrail girovlarla bağlı HƏMAS-dan cavab aldığını bildirib

İsrail

Bakı, 3 iyul, AZƏRTAC

İsrail tərəfi girovlarla bağlı Fələstinin HƏMAS hərəkatının nümayəndələrindən vasitəçilər vasitəsilə cavab alıb.

AZƏRTAC xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi və “Mossad” kəşfiyyat xidmətinin birgə bəyanatında deyilir.

"İsrail hazırda bunu dəyərləndirir və öz cavabını vasitəçilərə çatdıracaq", - bəyanatda vurğulanır.

Qeyd edək ki, mayın 31-də ABŞ Prezidenti Co Bayden Qəzzada üç mərhələdən ibarət sülh nizamlanmasına dair yeni saziş layihəsinin şərtlərini açıqlayıb. İyunun 11-də HƏMAS təşəbbüsə cavabın Qətər və Misirdən olan vasitəçilərə ötürüldüyünü elan edib və anklavda müharibəni dayandırmaq üçün razılığa gəlmək üçün müsbət hərəkətlərə hazır olduqlarını bildirib. ABŞ, Misir və Qətər də öz növbəsində atəşkəs təklifi ilə bağlı cavabın alındığını təsdiqləyib və Qəzzada münaqişə tərəfləri arasında razılıq əldə olunana qədər vasitəçilik səylərini davam etdirəcəklərini vəd ediblər.

İsrail əvvəllər dəfələrlə Baydenin təklifini dəstəklədiklərini və razılaşmanın qarşısındakı bütün maneələrin yalnız HƏMAS nümayəndələri tərəfindən yaradıldığını deyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
20
7
azertag.az

8Sources