EN

Olmaz belə aksiyadan

Yeni Zelandiyada qəribə aksiya keçirilib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, aksiya zamanı 340 küçə pişiyi öldürülüb.

Məlumata görə, ölkənin Şimali Kenterberri şəhərində hər il təşkil olunan bu tədbirdə uşaqlar da daxil yüzlərlə insan iştirak edir. Ötən ilə kimi maral, qaban, dovşan və başqa heyvanları ovlayan iştirakçıların son 2 ildəki hədəfləri pişiklər olub. Pişikləri bu ölkədə sevmirlər və əksəriyyət onların ətraf mühitə zərər vurması fikrindədir.

Maraqlıdır ki, təşkilatçılar apreldən iyuna kimi ən azı 3 pişik leşi gətirən uşağa təxmini 142 ABŞ dolları verirdilər. Ümumiyyətlə, ən çox leş gətirən iştirakçıya isə nə az, nə çox 300 dollara yaxın mükafat nəzərdə tutulub.

Yeri gəlmişkən, bu ilki 1500 iştirakçının 440-ı 18 yaşına çatmayan uşaqlar olub. 

Onu da qeyd edək ki, heyvan müdafiəçilərinin etirazlarından sonra bu il uşaqlar üçün nəzərdə tutulan mükafat ləğv edilib. Amma pişik ovu qüvvədə qalıb. 

L.Tağıyeva























Bizi Facebookda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
3
525.az

1Sources