EN

Tovuzda balıqçı fəhləni bıçaqlayıb

Tovuzda bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə hadisə rayonun Hunanlar kəndində qeydə alınıb.

Belə ki, bir nəfər bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilərək dərhal əməliyyat olunub. Xəstənin vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə insident balıqçı ilə fəhləsi arasında baş verib. Belə ki, balıqçı öz fəhləsini bıçaqlayıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
11
8
apa.az

10Sources