Paytaxtın Yasamal rayonu ərazisində Kənar Dairəvi yolda yol-nəqliyyat hadisəsi baş verib.Bu haqda FHN məlumat yayıb.Bildirilib ki, Nazirliyə qəza zamanı vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.Xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sürücünü xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Diqqət Çəkənlər
Azərbaycan səfirliyi Hindistana başsağlığı verdi
Rusiya, Çin və Qazaxıstan vahid rəqəmsal dəhliz yaradır
Ərdoğan Kanadaya yeni səfir təyin etdi