"Yuventus"un və İtaliya millisinin sabiq müdafiəçisi Leonardo Bonuççi yığmanın baş məşqçisi Luçano Spalettinin məşqçilər korpusuna keçə bilər.
Fanat.Az xəbər verir ki, bu barədə "Tuttospor" məlumat yayıb.
Qeyd edək ki, "Skuadra Adzurra" 1/8 finalda İsveçrəyə uduzaraq AÇ-2024-dən kənarda qalsa da, Spalletti istefaya göndərilməyib. Həm baş məşqçinin, həm də federasiyanın Bonuççinin köməkçi-məşqçi statusunda yığmaya cəlb edilməsində həmfikir olduğu bildirilir.
37 yaşlı Bonuççi son mövsümünü "Union" və "Fənərbaxça"da keçirdikdən sonra may ayında karyerasını bitirdiyini açıqlayıb. O, İtaliya yığmasında 121 oyuna çıxıb, 8 qol vurub və AÇ2020-nin qalibi olub.
Mirağa