EN

Lavrov Putin və Si Cinpin arasındakı danışıqları dəyərləndirib

“Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində Rusiya prezidenti Vladimir Putin və Çin sədri Si Cinpin arasında danışıqlar əla keçdi”.Elchi.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.Onun sözlərinə görə, iki dövlətin liderləri bir-birinə qarşı tam anlayış nümayiş etdiriblər.Lavrov qeyd edib ki, siyasətçilər həm ikitərəfli əməkdaşlıq, həm də BMT, BRİKS, ŞƏT və digər formatlarda qarşılıqlı fəaliyyət baxımından gündəmdə olan məsələlərin bütün spektrini müzakirə ediblər.Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri vurğulayıb ki, danışıqların nəticələri Çin tərəfinin Ukrayna ətrafındakı vəziyyətin sülh yolu ilə həllini qətiyyətlə müdafiə etmək niyyətini təsdiqləyib.Xatırladaq ki, bundan əvvəl, Putin və Si Cinpin Ukraynadakı münaqişənin Rusiyanın iştirakı olmadan həlli ssenarisini rədd etmişdilər. Dövlət liderləri Rusiyanın iştirakı olmadan istənilən formatın mənasız olduğunu açıq şəkildə qeyd ediblər.YeganəMənbə: RİA.ru

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
4
elchi.az

1Sources