EN

İranın yeni prezidenti kim olacaq? – Mümkün qalib açıqlandı

İranda ikinci tur öncəsi prezident seçkilərində qalib gəlmək üçün favorit islahatçı namizəd Məsud Pezeşkiyan olaraq qalır.

Teleqraf.com xəbər verir ki, bunu İranın “Şenaxt” analitik mərkəzinin keçirdiyi sosioloji sorğunun nəticələri sübut edir.

1000 nəər arasında keçirilən sorğunun nəticələrinə görə, respondentlərin 42 faizi mütləq səsvermədə iştirak edəcək. Respondentlərin 52 faizi Azərbaycan əsilli Pezeşkiana, 48 faizi isə onun mühafizəkar düşərgədən olan rəqibi Səid Cəliliyə səs verməyə hazırdır.

Sorğuda iştirak edən vətəndaşların ümumi sayının 15 faizinin hələlik heç bir namizədə üstünlük vermədiyi, 17 faizinin isə qarşıdan gələn səsvermədə iştirak edəcəyinə şübhə etdiyi qeyd edilir.

İyunun 28-də İranda prezident seçkilərinin birinci turu keçirilib, 4 namizəd yarışıb. Onların heç biri 50 faizdən çox səs toplaya bilməyib, bu, ilk turda qələbəni təmin edəcəkdi. Keçmiş səhiyyə naziri Məsud Pezeşkiyan birinci turda səslərin 42.5, Səid Cəlili 38.6 faizini alaraq ikinci turda yarışmaq hüququ qazanıb. İkinci tur iyulun 5-də keçiriləcək.


Müəllif: Mənsur Rəğbətoğlu
Chosen
87
teleqraf.com

1Sources