ABŞ və Rusiya müharibənin bir addımlığındadır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, müvafiq bəyanatla analitik Larri Conson "Judging Freedom" "YouTube" kanalında çıxış edib.
"Biz müharibənin bir addımlığındayıq. Artıq Rusiyanın diplomatik münasibətlərin səviyyəsini aşağı salacağı haqda danışılır", - deyə Conson bildirib.
Onun sözlərinə görə, ABŞ münaqişənin sülh yolu ilə həlli üçün addımlar atmalıdır.
Analitik qeyd edib ki, nüvə güclərinin bir-biri ilə müharibə etməməsi üçün hər şey edilməlidir.