EN

Avropa çempionatı: Azərbaycanın qadın güləşçisi finala vəsiqə qazanıb

Avropa

Bakı, 3 iyul, AZƏRTAC

Azərbaycan güləşçisi Ruzanna Məmmədova Serbiyanın Novi Sad şəhərində keçirilən 20 yaşlıların Avropa çempionatında finala vəsiqə qazanıb.

Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, 59 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı almaniyalı Luna Rotenberger (12:2) və rumıniyalı Ana Mariya Puiuya (tuş) vaxtından əvvəl qalib gələrək yarımfinala yüksəlib. Yarımfinalda litvalı Anna Tielieginadan da güclü olan (9:5) R.Məmmədova adını finala yazdırıb. O, həlledici görüşdə rusiyalı Yelena Kurovayla güləşəcək.

Elvina Kərimzadə (50 kiloqram) polşalı Yoanna Samsonoviçi (6:4) yarışdan kənarlaşdırsa da, 1/4 finalda isveçrəli Svenja Junqoya (tuş) məğlub olub. Kərimzadə sabah təsəlliverici görüşdə bolqarıstanlı Emine Osmanla qarşılaşacaq. Nərgiz Səmədova (55 kiloqram) hollandiyalı Olqa Zakrzevska (7:0) üzərində inamlı qələbə qazansa da, 1/4 finalda belaruslu Marta Hetmanavayla bacarmayıb – 0:10. Səmədova təsəlliverici görüşdə polşalı Nikola Vişnevska ilə üz-üzə gələcək.

Fatimə İsayeva (68 kiloqram) ilk mərhələsində rusiyalı Alina Şevçenkoya müqavimət göstərə bilməyib – 0:11. İsayeva təsəlliverici görüşdə polşalı Karolina Domaşukla mübarizə aparacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
9
12
azertag.az

10Sources