EN

Bakıda taksi qiymətləri bahalaşdı? - RƏSMİ AÇIQLAMA

Bakıda taksi qiymətləri 15 faizə qədər artırlıb.

Aznews.az xəbər verir ki, bununla bağlı taksi opreatorları tərəfindən sürücülərə bildiriş gəlib.

Belə ki, qiymət artımı taksi xidməti göstərən avtomobillərin kəskin şəkildə azalması ilə bağlıdır. Nazirlər Kabinetinin 27 mart 2024-cü il tarixli qərarı ilə təsdiqlənən və 1 iyul 2024-cü ildən qüvvəyə minən “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”ə əsasən yaşı 15 ildən çox olan avtomobillərin taksi kimi fəaliyyət göstərməsi qadağan edilib. Qanunvericiliyə uyğun olaraq taksi operatorları tərəfindən 2008-ci il və ondan əvvəl istehsal edilən avtomobilləri xidmətdən kənarlaşdırılıb.

Uber taksi şirkətindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, tətbiqdə sifariş edilən səfərlər üçün qiymətlər bazar tərəfindən müəyyən edilir.

Chosen
68
4
aznews.az

2Sources