EN

Bakıda taksi qiymətləri bahalaşdı? - RƏSMİ AÇIQLAMA

Bakı. Trend:

Bakıda taksi qiymətləri 15 faizə qədər artırlıb.

Trend-in əldə etdiyi məlumatagörə, bununla bağlı taksi opreatorları tərəfindən sürücülərəbildiriş gəlib.

Belə ki, qiymət artımı taksi xidməti göstərən avtomobllərinkəskin şəkildə azalması ilə bağlıdır. Nazirlər Kabinetinin 27 mart2024-cü il tarixli qərarı ilə təsdiqlənən və 1 iyul 2024-cü ildənqüvvəyə minən “Müntəzəm və taksi minik avtomobili ilə sərnişindaşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texnikigöstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”ə əsasənyaşı 15 ildən çox olan avtomobillərin taksi kimi fəaliyyətgöstərməsi qadağan edilib. Qanunvericiliyə uyğun olaraq taksioperatorları tərəfindən 2008-ci il və ondan əvvəl istehsal edilənavtomobilləri xidmətdən kənarlaşdırılıb.

Uber taksi şirkətindən Trend-in sorğusuna cavab olaraqbildirilib ki, tətbiqdə sifariş edilən səfərlər üçün qiymətlərbazar tərəfindən müəyyən edilir.

"Onlara müxtəlif amillər, o cümlədən tələb və təklif balansı,həmçinin daşıyıcıların xərcləri (yanacaq qiymətləri, avtomobillərinqiymətləri və onlara texniki qulluq və s.) təsir göstərir. İndiyeni qanunvericilik tələbləri ilə əlaqədar bazar vəziyyəti dəyişirvə aktiv sürücülərin sayı azalır. Vəziyyət əhəmiyyətli dərəcədədəyişərsə, tariflər xəttə mümkün qədər çox sürücü cəlb etmək vəsərnişinlərin gözləmə müddətini azaltmaq üçün tənzimlənir", -şirkətdən bildirilib.

Məqalədə:
Chosen
112
4
az.trend.az

2Sources