EN

Gürcüstan Bakı və İrəvan arasında delimitasiya prosesini başlatmaq barədə tarixi qərarı alqışlayır

Gürcüstan Bakı və İrəvan arasında delimitasiya prosesini başlatmaq barədə tarixi qərarı alqışlayır və Cənubi Qafqazda sabitliyi və dinc birgə yaşayışı dəstəkləyir.

Olaylar.az xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili erməni həmkarı Ararat Mirzoyanla birgə mətbuat konfransında deyib.

O həmçinin bildirib ki, iki ölkə arasında sülh prosesinin müsbət dinamikasını qoruyub saxlayacağına ümid edir.

Bundan başqa, Darçiaşvili qeyd edib ki, Mirzoyanla görüşdə regional məsələlər müzakirə olunub və çağırışların həlli prosesində birgə səylərin vacibliyi vurğulanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
35
1
olaylar.az

2Sources