EN

Azərbaycanda çalışan əcnəbi daha bir legionerin üstündən xətt çəkdi

“Sabah”ın baş məşqçisi Krunoslav Renduliç daha bir futbolçunun xidmətindən imtina edib. Komandanı Konfrans Liqasına çıxaran xorvatiyalı mütəxəssis Jarl Marqaritanı sərəncamında görmək istəmir. O, bu barədə fikrini klub rəsmilərinin diqqətinə çatdırıb. Balkanlı çalışdırıcı bildirib ki, ötən ilin yayında komandaya qoşulmuş niderlandlının səviyyəsindən narazıdır və düşərgədən göndərilməsi lazımdır.
24 yaşlı vingerlə anlaşmanın müddəti 2027-ci ilin iyununa kimi nəzərdə tutulub. O, “TOP Oss”dan (Niderland) transfer edilib. Karyerası ərzində bu ölkənin “Qroningen”, GVAV, “Emmen”, “Almere Siti” və “Hoogeveen”də çıxış edib. Onun Niderland və Kurasao vətəndaşlığı var.
“Sabah” dünənə kimi, Davit Volkov, Rauf Rüstəmli, Kristian Sebalyos, Kristian da Silva, Maruan Hadudi və Emmanuel Apehlə vidalaşıb.
SPORTİNFO.AZ

Chosen
64
sportinfo.az

1Sources