EN

1/4 finalın 2 oyununa hakim təyinatları açıqlandı

Avro-2024-ün 1/4 final mərhələsinin ilk iki oyununun hakimləri açıqlanıb.
Sport24.az UEFA-nın saytına istinadən xəbər verir ki, İspaniya və Almaniya arasında keçiriləcək oyunu ingiltərəli referi Entoni Teylor idarə edəcək.
Portuqaliya - Fransa  matçı da ingilislərə tapşırılıb. Oyunun baş hakimi Maykl Oliver olacaq.
Qeyd edək ki, hər iki qarşılaşma iyulun 5-də keçiriləcək.

Chosen
66
2
sport24.az

3Sources