EN

Ermənistan Belarusda keçirilən paradda iştirakdan imtina edib

Minsk Ermənistanı Belarusun faşist işğalçılarından azad edilməsinin 80 illiyi münasibətilə keçiriləcək paradda iştirak etməyə dəvət edib, lakin subyektiv səbəblərdən bu ölkənin parad heyətləri gəlməyib.

KONKRET.az xəbər verir ki, bu barədə çərşənbə günü Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç bildirib.

Çərşənbə günü Minskdə hərbi parad keçirilib və bu paradda Belarus hərbçiləri ilə yanaşı, Azərbaycan, Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistandan olan parad dəstələri də iştirak edib. Paradı Minskdə keçirilən MDB Müdafiə Nazirləri Şurasının iclasına gələn nümayəndə heyətləri də müşahidə ediblər.

“Ermənistan da dəvət olunub. Ancaq subyektiv səbəblərə görə, Ermənistan iştirakdan imtina edib. Biz bu səbəblərin nə olduğunu başa düşürük”, – Belta agentliyi Volfoviçdən sitat gətirir.

Qeyd edək ki, bir müddət əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Aleksandr Lukaşenkonun orada prezident olduğu müddətdə nə onun, nə də başqa erməni rəsmisinin Belarusa səfər etməyəcəyini və Belarus liderinin üzr istəməli olduğunu bildirib. Onun sözlərinə görə, Belarus prezidenti Qarabağda münaqişənin gərginləşməsində iştirak edib, Azərbaycanı dəstəkləyib və qələbəsini arzu edib.

Natiq Səlim,

KONKRET.az

Chosen
35
1
konkret.az

3Sources