"Ukraynanın NATO-ya üzvlüyü ABŞ-nin qərarından deyil, 32 ölkənin qərarından asılı olacaq".
Bakıvaxtı.az "DHA"ya istinadən xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi general-mayor Pat Rayder deyib.
Onun sözlərinə görə, Ukraynanın NATO-ya daxil olması üçün körpü yaradılıb:
"Ukraynanın NATO-ya daxil olub-olmaması ABŞ-nin verəcəyi qərar deyil. Ukraynanın hərbi və müdafiə imkanları nəzərdən keçirilib. Bu, Ukraynanın NATO-ya daxil olması üçün körpü yaratmaq məqsədi daşıyır".
Gülşən Şərif