EN

İliman Ndiaye “Everton”da

Fransanın “Olimpik” (Marsel) klubunun seneqallı hücumçusu İliman Ndiaye bundan sonra “Everton”un formasını geyinəcək.

Arena.az xəbər verir ki, bu barədə İngiltərə klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Premyer Liqa təmsilçisi bu transfer üçün 18 milyon avrosundan keçib. “Everton”la seneqallı hücumçu arasında 5 illik (2029-cu ilin 30 iyununa qədər) müqavilə imzalanıb.

İliman Ndiaye Marsel “Olimpik”inə ötən ilin yayında İngiltərənin “Şeffild Yunayted” klubundan 17 milyon avro qarşılığında keçmişdi. 24 yaşlı forvard Liqa 1 təmsilçisinin heyətində 46 oyuna çıxıb, 4 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

O, vaxtilə “Şeffild Yunayted”in heyətində 88 oyuna 22 qol vurub, 14 məhsuldar ötürmə verib.

Ndiaye 2022-ci ilin iyun ayında debüt etdiyi Seneqal yığmasının heyətində 19 oyuna çıxıb, 2 qol və 3 assist müəllifi olub.

Chosen
44
arena.az

1Sources