EN

Klopp Avro-2024-ü qazana biləcək 4 komandanın adını açıqladı

"Liverpul"un sabiq baş məşqçisi Yurgen Klopp hazırda Almaniyada keçirilən Avropa çempionatı ilə bağlı fikirlərini bölüşüb.

90deqiqe.Az “Liverpool Echo”ya istinadən xəbər verir ki, o, qələbəyə əsas namizədləri müəyyənləşdirib.

“Düşünürəm ki, İspaniya komandası qələbə qazanmağa qadirdir. Almaniya yaxşı oynayır, Fransa daha da güclü olacaq, eyni şeyi İngiltərə haqqında da demək olar”

Xatırladaq ki, Almaniyanın futbol meydançalarında 2024-cü il Avropa çempionatı keçirilir. Çərşənbə axşamı, iyulun 2-də turnirin 1/8 final mərhələsinin oyunları başa çatıb. Oyunların nəticələrinə əsasən aşağıdakı cütlüklər formalaşıb: İspaniya - Almaniya, Portuqaliya - Fransa, İngiltərə - İsveçrə və Hollandiya - Türkiyə. Avro finalı iyulun 14-də baş tutacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
11
1
90deqiqe.az

2Sources