Bakı, 3 iyul, AZƏRTAC
İspaniyanın "Real Madrid" komandasının ev oyunlarını keçirdiyi "Santyaqo Bernabeu" stadionu futbol üzrə dünya çempionatının final matçını qəbul edəcək.
AZƏRTAC İspaniya mətbuatına istinadən xəbər verir ki, 2030-cu ildə baş tutacaq mundialın həlledici görüşü “kral klubu”nun arenasında reallaşacaq. FIFA tərəfindən rəsmi açıqlama olmasa da, qərarın qəbul olunduğu bildirilib.
2030-cu ildə keçiriləcək dünya çempionatına üç ölkə - İspaniya, Portuqaliya və Mərakeş ev sahibliyi edəcək.