EN

Binədə avtobus tapılımır- Vətəndaşlar nömrəsiz, nasazavtobuslardan istifadə edir- VİDEO

Paytaxtın Xəzər rayonu Binə qəsəbəsində qanunsuz sərnişindaşıyan mikroavtobuslar fəaliyyət göstərir.

Bu barədə izləyici Avtosfer.az-a videomaterial göndərib. O bildirib ki, qəsəbədaxili sərnişin avtobusları yararsız vəziyyətdədir. Hətta nasaz olan mikroavtobusların əksəriyyəti dövlət qeydiyyat nişanı olmadan fəaliyyət göstərir. Elə videoda da acınacaqlı hal aydın şəkildə görünür. Şikayətçinin sözlərinə görə, ərazidə qanunla fəaliyyət göstərən, komfortlu avtobuslar yoxdur. Bu səbəbdən sakinlər çarəsiz halda nasaz nəqliyyat vasitələrindən istifadə edirlər. 

Qeyd edək ki, xoşagəlməz vəziyyət qəsəbədə uzun müddətdir davam edir. 

Nərmin

 

Chosen
101
avtosfer.az

1Sources