EN

Alimlər bu canavar üzərində araşdırma aparırlar

Rusiyada elm adamları təxminən 44 min il yaşı olan və buzda mükəmməl şəkildə qorunmuş qədim canavar aşkar ediblər.

525.az bu barədə xarici KİV-ə istinadən xəbər verir. Məlumata görə, heyvanın cəsədi Rusiya Federasiyasının şimal bölgələrində, əbədi donla örtülmüş buzlu zirvədən 40 metr aşağıda tapılıb. Əslində, canavar hələ 2021-ci ildə tapılıb və o vaxtdan bəri elm adamları tərəfindən informasiya qorunub saxlanılır. İndi onlar yarılma aparmağa hazırlaşırıar. 

Alimlər canavarı aşkar edərək onun daxili orqanlarından, həmçinin, qidanın həzm olunduğu mədə-bağırsaq sistemindən nümunələr götürüblər. Onda viruslar ola bilər. Canavarın mədəsi ilə bağlı nəticələr hələ məlum deyil.

Həmçinin, heyət heyvanın öldüyü zaman dəqiq yaşını öyrənmək üçün bir diş də seçib. Tədqiqat həm də minlərlə il əvvəl mövcud olan bakteriyalar haqqında məlumat verə biləcək.

Pərvanə Sultanova 






















Bizi İnstagramda izləyin

Chosen
23
525.az

1Sources