EN

NATO sammiti ərəfəsində Moskvadan İrəvana xəbərdarlıq – Overçuk ticarət dövriyyəsini nişan verdi...

“Moskva İrəvanı müttəfiq hesab etməkdə davam edir və iki ölkə arasında iqtisadi əməkdaşlıq nəzərəçarpacaq dərəcədə artır”.

“AzPolitika” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Baş nazirinin müavini Aleksey Overçuk deyib.

“Biz ondan çıxış edirik ki, Ermənistan bizim müttəfiqimizdir. Bizim Ermənistanla çox mühüm iqtisadi əlaqələrimiz var. Ermənistanla ticarət dövriyyəmiz 7,3 milyard dollardır və statistikaya nəzər salsaq, ötən illə müqayisədə bu, iki dəfə artıb. Sürət çox yaxşıdır, iqtisadiyyat çox yaxşı inkişaf edir”, - deyən Overçuk İrəvanın Avrasiya İqtisadi İttifaqında aktiv iştirakını da xatırladıb.

Rusiyanın TASS agentliyi yazır ki, Baş nazirin müavini Overçukun Ermənistanın NATO-nun yubiley sammitində iştirakı məsələsi kontekstində belə açıqlama verməsi təsadüfi deyil. Moskva zəif hələqələri İrəvanın diqqətinə çatdırır və ona diqqətli olmağı tövsiyyə edir. Paşinyan hökuməti onları nəzərə almazsa, Rusiya birmənalı şəkildə iqtisasdi əlaqələrin zəncirini tərpədə bilər.

Rasim

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources