EN

İngiltərə klubu Seneqal millisinin futbolçusunu transfer edib

İngiltərə

Bakı, 3 iyul, AZƏRTAC

İngiltərənin “Everton” komandası heyətinə yeni futbolçu cəlb edib.

AZƏRTAC klubun rəsmi saytına istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi Fransa “Marsel”indən İliman Ndiayenin transferini reallaşdırıb. Hücumçu ilə 5 illik müqavilə imzalanıb.

“Everton” bu keçid üçün qarşı tərəfə 20 milyon avro ödəyib.

Qeyd edək ki, Seneqal millisinin də üzvü olan İlıman Ndiaye ötən mövsüm Fransa Liqa 1-də 30 oyunda 3 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
9
2
azertag.az

4Sources