EN

Azərbaycan və ABŞ-ın birə müəssisəsi ötən il gəlirlərin düşməsinə rəğmən xalis mənfəətini artırıb

Azərbaycan və ABŞ-ın birə müəssisəsi “Azeri MI Drilling Fluids” MMC (AMDF) ötən il ərzində gəlirləri 31 faiz azalıb.

Banker.az xəbər verir ki, neft-qaz sahəsində fəaliyyət göstərən 71 milyon manat gəlir əldə edib. Bu 2022-i ildə 103 milyon manat gəlir əldə etmişdi.

“Azeri MI Drilling Fluids” MMC-nin 61 milyon manat  satışın maya dəyəri təşkil edib. Satışın maya dəyəri öncəki ilədə 91 mln. manat idi.

Beləliklə, ümumi mənfəət 2022-ci ildə 12 mln. manat olduğu halda, 2023-cü ildə 10 mln. manata düşüb. Artıma səbəb “sair” gəlirlər (6 mln.) olub.

Bununla da bütün gəlir və xərclərdən sonra AMDF 13 milyon manat xalis mənfəət əldə edib. Halbuki, 2022-ci ildə xalis mənfəət 7 milyon manat idi.

Bu xalis mənfəət ardından şirkətin xalis aktivlərinin həcmi 26 mln. manatdan 38 milyon manata yüksəlib.

Birgə şirkətin səhmlərinin 51%-i SOCAR-a, 49%-i isə ABŞ-ın Texas ştatında qeydiyyatda olan “M-I Swaco”ya məxsusdur.

AZERI

AMDF 1997-ci ildə yaradılıb. Şirkət qazma mayeləri, tamamlama texnologiyaları və tullantıların idarə edilməsi xidmətlərini həyata keçirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
8
banker.az

1Sources