EN

Rusiya Səhiyyə Nazirliyi: 70 botulizm xəstəsi xəstəxanalarda qalır

Rusiya Səhiyyə nazirinin köməkçisi Aleksey Kuznetsov bildirib ki, botulizmə yoluxan 70 nəfər ölkənin regionlarında stasionar müalicədə qalır.

Onun sözləri TASS-a istinadən xəbər verir.

“Botulizmdən əziyyət çəkən 70 nəfər Moskva, Moskva, Nijni Novqorod, Yaroslavl, Volqoqrad vilayətləri, Sankt-Peterburq və Tatarıstan xəstəxanalarında tibbi yardım almağa davam edir”, – Kuznetsov bildirib. 

O qeyd edib ki, 17 xəstə mexaniki ventilyasiyadadır.

Bununla yanaşı, Kuznetsov vurğulayıb ki, həkimlər bütün lazımi yardımları göstərirlər. 

Bundan əvvəl məhkəmə icraçıları kütləvi zəhərlənməyə səbəb olan lobio salatının istehsal olunduğu  sexin işini dayandırıb.

Həmçinin bildirilib ki, Səhiyyə Nazirliyi botulinum toksin A-nı zərərsizləşdirən yeni preparatın klinik sınaqlarını təsdiqləyib.

DOĞRU.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
6
dogru.az

1Sources