EN

Antalyada rus və belarusdan olan turistləri daşıyan avtobus qəzaya düşüb

Sürücü ölüb, 16-sı Rusiya, 4-ü Belarus vətəndaşı olmaqla, 20-dən çox insan yaralanıb
Antalyada turist avtobusunun qəzaya uğraması nəticəsində 1 nəfər ölüb, 20-dən çox insan yaralanıb. AYNA Türkiyə mediasına istinadən bildirir ki, Rusiya və Belarusdan gələn turistlərin olduğu avtobus hava limanına doğru hərəkət edərkən sürücü idarəetməni itirib. Bununla da avtobus Sorğun avtovağzalının körpüsü ilə dairəvi yolun kəsişməsində dirəyə çırpılıb.
Avtomobil qəzası nəticəsində sürücü ölüb, 16-sı Rusiya, 4-ü Belarus vətəndaşı olmaqla, 20-dən çox insan yaralanıb.
Hadisə yerinə çoxlu sayda təcili yardım maşınları gəlib, zərərçəkənlər yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Polis qəzanın səbəbləri ilə bağlı araşdırmalara başlayıb.

Chosen
105
ayna.az

1Sources