EN

Vladanka Andreyeva "29 İqlim söhbəti: COP29-a gedən yol" təşəbbüsünün səmərəliliyində danışıb

Bakı. Trend:

Dayanıqlı inkişaf naminə dövlət-özəl tərəfdaşlığı" mövzusundaekoloji, sosial və idarəetmə (ESG) sammiti BMT-nin Azərbaycanda "29İqlim söhbəti: COP29-a gedən yol" çərçivəsində keçirilən sayca15-ci tədbiridir.

Trend xəbərverir ki, bu barədəBMT-nin Azərbaycandakı rezident əlaqələndiricisiVladanka Andreyeva "Dayanıqlı inkişaf naminə dövlət-özəltərəfdaşlığı" mövzusunda ekoloji, sosial və idarəetmə (ESG)sammitində deyib.

""29 İqlim söhbəti: COP29-a gedən yol" təşəbbüsümüz ümummillidialoqa, eləcə də iqlim dəyişikliyi və ədalətli keçid üzrətədbirlərə təşəbbüs göstərməkdir", - deyə V.Andreyevavurğulayıb.

Onun sözlərinə görə, hökumət, özəl sektor, qeyri-hökuməttəşkilatları və akademik dairələrin nümayəndələri arasında bu cürgörüşlər-söhbətlər COP29-un məqsədlərinin başa düşülməsiniasanlaşdıracaq və iqlim dəyişikliyi ilə bağlı problemlərin təcilihəlli ilə bağlı operativ şəkildə lazımi tədbirlərin görülməsinəkömək edəcək.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə ÇərçivəKonvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) builin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərarCOP28-in ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasındaqəbul olunub. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcəkvə 70-80 minə yaxın xarici qonağı qəbul edəcək.

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlimsisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ciilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitindəimzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturununingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir.

Konvensiyanın tərəfləri 198 ölkədir. gər tərəflərin fərqliqərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ciilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərindəyerləşir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Məqalədə:
Chosen
82
1
az.trend.az

2Sources