EN

Almaniyanın nəhəng hərbi şirkəti tarixinin ən böyük sifarişini alıb

Qlobal müdafiə məhsulları nəhəngi sayılan "Rheinmetall" tarixinin ən böyük sifarişini reallaşdıracaq.

News365.az xəbər verir ki, bu barədə "Handelsblatt" öz mənbələrinə istinadən məlumat yayıb. Qeyd edilir ki, İtaliya alman şirkəti olan "Rheinmetall"a 200 "Panther" döyüş tankı və 350 "Lynx" piyada maşını sifariş etməyi planlaşdırır.

Təxminən 20 milyard avro dəyərində olan müqavilə 15 il üçün hesablanıb. Vəsaitlərin bir hissəsi avadanlıqların təmirinə yönəldiləcək. Bundan əlavə, sifarişin zədələnmiş tankların bərpası üçün zəruri sayılan xüsusi dəstəkləyici maşınların çatdırılması ilə tamamlanacağı gözlənilir. Məlumata görə, müqavilə bu həftə rəsmi olaraq bağlana bilər.

Sifarişi yerinə yetirmək üçün "Rheinmetall" İtaliyanın Leonardo müdafiə şirkəti ilə əməkdaşlığı dərinləşdirməsi barədə də məlumatlar dolaşır.  İtaliyadakı insayderlər artıq "Rheinmetall" və Leonardo-nun tanklar sahəsində əməkdaşlığı araşdırdıqlarını bildirirlər. İtaliya məhz bu yolla  quru qoşunlarını gücləndirmək istəyir.

Tural

News365.az


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
6
news365.az

1Sources