EN

“Kommunikasiyalarının tam şəkildə açılmasına tərəfdarıq” – Mirzoyan

“İrəvan bir daha bəyan edir ki, Ermənistan-Azərbayan arasında sülh sazişi intensiv şəkildə işləməklə bir ay ərzində imzalana bilər".

“AzPolitika” xəbər verir ki, bu barədə Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyan Tbilisidə gürcü həmkarı İlya Darçiaşvili ilə ikitərəfli görüşün yekunlarına dair birgə mətbuat konfransında bildirib.

“Biz inanırıq ki, bu, regionumuzda sabit sülhün bərqərar olması üçün tarixi hadisə olardı. Regionda sabitliyin inkişafı və təmin olunması baxımından infrastruktur və kommunikasiyaların tam açılmasının vacibliyini də müzakirə etmək istərdim. Biz konstruktiv şəkildə Ermənistan və Azərbaycan arasında infrastrukturun və nəqliyyat kommunikasiyalarının tam şəkildə açılmasına tərəfdarıq”, - deyə Mirzoyan bildirib.

Xatırladaq ki, Mirzoyan bu gün Tbilisiyə gəlib. O, əvvəlcə Darçiaşvili ilə təkbətək söhbət edib, daha sonra müzakirələr geniş tərkibdə davam edib.

“AzPolitika.info”

Chosen
144
azpolitika.info

1Sources