Milli Komanda Avstriyanı məğlub edərək 1/4 finala yüksəldikdən sonra Arda Gülər ​​matçla bağlı önəmli açıqlamalar verib.

İndex.az xəbər verir ki, qələbə qazandıqları üçün çox xoşbəxt olduqlarını bildirən Gülər, ​​komandanın meydandakı çıxışını yüksək qiymətləndirib.

“İnanılmaz bir axşam oldu. Bütün xalqımızı sevindirdiyimiz üçün daha da xoşbəxtik. Qalib gəlmək üçün hər şeyi ortaya qoyan bir komanda var idi”, – deyə Arda sevincini bölüşüb.

Son yoldaşlıq görüşündə Avstriya ilə pis nəticə əldə etdiklərini xatırladan gənc futbolçu bu görüşün revanş oyunu olduğunu bildirib: “Son matçdan sonra özümüzü toparladıq və bu gün burada qalib gələrək qisasımızı aldıq. Mən Berlini təsəvvür edə bilirəm. Bu yerləri gördükdən sonra orada da inanılmaz olacaq. Ümid edirəm ki, o matçda xalqımızı sevindirəcəyik”.