EN

SiyasətSiyavuş Novruzov və Sevinc Hüseynovanın deputatlığa namizədliyi irəli sürülməyəcək

SİZİN REKLAM BURADA!055 213 76 73   BAKU.WS report-a istinadən xəbər verir ki, buna səbəb onların adının Milli Məclisə 2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının tərkibinə daxil edilməsidir.   Faktı "Report"a partiyadakı mənbə də təsdiqləyib.   Qeyd edək ki, S.Novruzov II, III, IV, V və VI çağırış deputatı olub. O, parlamentin Regional məsələlər komitəsinin sədri idi. S.Hüseynova isə IV, V və VI çağırış deputatı olub. O, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin, Gənclər və idman komitəsinin, Hesablayıcı komissiyasının üzvü idi. BAKU.WS

Chosen
90
7
far.az

10Sources