EN

Xəzərdə suyun səviyyəsi niyə artıb? - SƏBƏB

Xəzər dənizinin səviyyəsi 119 sm qalxıb. Bu barədə Qazaxıstan Su Təsərrüfatı Nazirliyi məlumat yayıb. Məlumata görə, əsasən dəniz Ural çayı ilə gələn sel suları ilə (7,4 milyard kubmetr) dolub.

Bəs görəsən bunun hər hansı bir fəsadı varmı?

Bu mövzu ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü, ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasov Moderator.az-a danışdı. Bİldirdi ki, xəzər dənizində səviyyənin qalxmsı müsbət yanlarını göstərəcək.

"Əslində bu il Xəzər hövzəsinə yağıntılar çox düşüb və çayların sululuğu ötən illə müqayisədə əhəmiyyətli dərəcədə artıbdır. Bu səbəbdən də Xəzər dənizinin səviyyəsində  artım gözlənilən idi. Burada xüsusi bir təhlükədən danışmaq olmaz. Əksinə Xəzər səviyyəsinin artımı son illər getdikcə güclənən səviyyə düşmənlərinin qarşısını alınmasında çox mühüm rol oynayacaq. Məsələn, Xəzərin səviyyəsi artanda əlbəttə ki, gəmilərin sahilə yan alması, dənizin azad olunmuş ərazilərdə yarana biləcək qum fırtınaları, duz fırtınaları bu kimi fəsadların qarşısı alınır. Bizim rekreasiya obyektlərinə səviyyə düşməsi nəticəsində ciddi ziyan dəyibdir. Təbii ki, səviyyənin qalxması ziyanın azalmasına kömək edəcək.

Chosen
185
moderator.az

1Sources