EN

Rusiya ATƏT PA-da iştirakını niyə dayandırdı?- BƏYANAT

Rusiya nümayəndə heyəti ATƏT Parlament Assambleyasında (ATƏT PA) iştirakını dayandırıb.

Azpost.info xəbər verir ki, Rusiya Federasiya Şurası və Dövlət Duması bununla bağlı bəyanat qəbul edib.

“Rusiya senatorları və Dövlət Dumasının deputatları Rusiya Federal Məclisinin nümayəndə heyətinin ATƏT PA-da iştirakının dayandırılmasını əsaslı və məntiqli hesab edirlər”, – bəyanatında deyilir.

O da qeyd edilir ki, iştirakın dayandırıldığı müddət ərzində ATƏT PA-nın prosedur qaydalarına (Rusiya nümayəndə heyətinə zərər vurmaqla bağlı) edilən hər hansı hərəkət və dəyişikliklər hüquqi baxımdan etibarsız sayılacaq.

Azpost.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
1
azpost.info

1Sources