FED sədri Pouelin açıqlamalarından sonra Asiya-Sakit Okean bazarları yüksəlişə keçib.
İndex.az xəbər verir ki, Yaponiyanın “Nikkei 225” birjası 0,7% artaraq 40 min səviyyəsinin üzərinə yüksəlib. “Topix” birjası isə sabit qalıb.
Cənubi Koreyanın “Kospi” birjası 0,3%, “Kosdaq” birjası isə 0,21% artıb.
Avstraliyanın “S&P/ASX 200” birjası 0,2% bahalaşıb.
Honkonqun “Hang Seng” birjası erkən ticarətdə 0,70% artıb.
Çinin “CSI 300” birjası isə əksinə olaraq 0,4% azalıb.