EN

Artetanın durumuna aydınlıq gəldi

“Arsenal” baş məşqçisi Mikel Artetanın fəaliyyətindən məmnundu. Matc.az xəbər verir ki, London klubu ötən mövsüm çempionluq uğrunda mübarizədə “Mançester Siti”dən geri qalsalar da, ispaniyalı ilə əməkdaşlığı davam etdirmək niyyətindədi. “Topçular”ın rəhbərliyi artıq Arteta ilə müqavilə müddətinin uzadılması variantını müzakirə edir. Doğrudu, tərəflər tələsmək fikrində deyil. Çünki həm klub, həm də çalışdırıcı durumdan məmnundu. Bu üzdən Arteta başqa variantlara nəzər yetirmir. Qeyd edək ki, Mikel Artetanın “Arsenal”la hazırkı müqaviləsi gələn ilin yayına qədərdi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
49
matc.az

1Sources